Azərbaycan əsilli döyüşçü duelə çağırdığı braziliyalı idmançı ilə qarşılaşacaq - FOTO
02:00 09-01-2022 434

Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət etdiyi braziliyalı Rafael Dus Anjusla qarşılaşacaq.
Bu barədə UFC-nin rəsmi “Instagram” hesabında paylaşım edilib.
Görüş fevralın 19-na nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər Dus Anjus “Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazmışdı.
Fiziyev isə bu paylaşıma reaksiya verib: “Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”.