“Omikron” koronavirusun sonu ola bilər

08:00 09-01-2022 386

Koronavirusun “omikron” ştammının yayılması tezliklə COVID-19 pandemiyasının kəskin fazasının başa çatacağına ümid yaradır.

Bu barədə Cənubi Afrika Respublikasından olan alimlər çıxış ediblər.

Araşdırma müəllifləri hazırkı dalğada yoluxan 466, daha əvvəlki dalğalar zamanı yoluxan 3976 nəfərin məlumatlarını təhlil ediblər.

Onlar müəyyən ediblər ki, misilsiz sürətlə inkişaf edən infeksiya dalğası əvvəlki mərhələlərdə daha ağır xəstəliyə yol açıb. Hazırda isə bu proses zəifləyib.

Alimlər bu amili nəzərə alaraq “omikron”un pandemiyadan endemiyaya keçidin açarı olacağını bildiriblər.