Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir - FOTO

12:00 09-01-2022 413

Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir.

HerGun.Az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında vəfat etmiş aktyor Gəncədə,  İmamzadə Dini Kompleksində dəfn olunacaq.

Mərhumun dəfn mərasimində yaxınları, sənət yoldaşları, Gəncə ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Novruz Qartal 2021-ci il noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu.