İnternetin kəsilməsi nəticəsində Qazaxıstan iqtisadiyyatına dəyən zərər açıqlanıb

22:00 09-01-2022 422

İnternetin kəsilməsi səbəbindən Qazaxıstan iqtisadiyyatı 189 milyon dollar itirib.

Məlumata görə, qazaxıstanlı istifadəçilərin 95 faizi hələ də internetə qoşulma problemi yaşayır.

Qeyd edək ki, ölkədə internetin fəaliyyətini dayandırması faktı yanvarın 5-də məlum olub. Respublikada messencerlər, xüsusilə “WhatsApp” və “Telegram” da işləməyib.

Yanvarın 7-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı ölkənin bəzi bölgələrində internetin müəyyən vaxt intervalında açılması barədə qərar qəbul etdiyini açıqlayıb.

Mənbə: lenta.ru