Britaniyada indiyə qədər aşkarlanan ən böyük “Dəniz əjdahası” tapılıb - FOTO/VİDEO

03:00 11-01-2022 110

Böyük Britaniyada on metrlik ixtiozavrın fosili tapılıb. Dəniz sürünəni ölkədə indiyə qədər tapılan ən böyük dinozavr skeleti sayılır.

Bu barədə paleontoloq Din Lomaks özüsnün “Instagram” səhifəsində yazıb.

Alim qədim nəhəngin skeletinin görüntülərini də dərc edib.

“Dəniz əjdahası” İngiltərənin Rutland qraflığında su anbarının yaxınlığında  tapılıb. Adanın planlaşdırılmış drenajı zamanı ixtiozavrın konturları müşahidə edilib. Fosili aşkar etmək üç həftə çəkib. Skeletin ölçüsü 10 metrdir.

Mənbə: Daily Mail