Uill Smit “Kral Riçard”dakı roluna görə “Qızıl Qlobus” alıb - FOTO/VİDEO

Amerikalı aktyor Uill Smit “Dram filmində ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus” alıb. Bu barədə mükafatın təşkilatçıları “Twitter”də məlumat yayıb.
Save the drama for Will Smith, who takes home the #GoldenGlobe for Best Actor — Motion Picture — Drama. pic.twitter.com/0atjHCASYL
— Golden Globe Awards (@goldenglobes) January 10, 2022
Smit tennisçi Sirena və Venus Uilyamsın atasından bəhs edən “Kral Riçard”dakı (“King Richard”) roluna görə mükafatlanıb.
Real hadisələr üzərində qurulan süjet peşəkar tennisçilər Vinus və Serena Uilyamsın, onların atası Riçard Uilyamsın həyatından bəhs edir. Filmin büdcəsi 100 milyon dollar təşkil edir.
Filmin rejissoru Reinaldo Marcus Grindir. Baş rolda iki dəfə “Oskar” mükafatına namizəd olan Uill Smit çəkilib. Tennisçi bacıları Saniya Sidni və Demi Sinqlton ifa edirlər. Filmdə həmçinin Onjanyu Ellis, Con Berntal, Toni Qolduin və başqaları çəkilib.
It started with a vision and ended in triumph. Witness the incredible story of Venus and Serena Williams when you own #KingRichard 1/4 and watch instantly: https://t.co/hnvQYBcfgo pic.twitter.com/BhsEzW1n6k
— King Richard Film (@KingRichardFilm) January 4, 2022