Qazaxıstanda saxlanılanların sayı 10 minə yaxınlaşıb

10:00 11-01-2022 392

Qazaxıstandakı etirazlar nəticəsində ölkə ərazisində ümumilikdə 9,9 min nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daha əvvəl verilən rəsmi məlumatda iğtişaşlarla bağlı 7,9 mindən çox adamın saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, Qazaxıstandakı kütləvi etiraz aksiyalı yanvar ayının 2-dən maye qazın qiymətinin iki dəfə bahalaşmasından sonra başlamışdı.

Mənbə: “RİA Novosti”