FHN əməkdaşlarının narazılığına cavab verdi: Kirayə pulları ödəniləcək
16:00 11-01-2022 318

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları kirayə pullarının verilməməsindən narazıdırlar.
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları HerGun.Az-a bildirib ki, artıq 10 aydır ki, kirayə pullarını ala bilmirlər.
Sorğuya cavab olaraq FHN-dən bildirilib ki, fevral ayının əvvəlindən başlayaraq borclar ödəniləcək.
İlhamə Əbülfət