Göygöldə yol qəzası olub, xəsarət alan var

22:00 11-01-2022 508

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.