Dünyanın ən yaşlı futbolçusu karyerasında 37-ci mövsümü qardaşının komandasında keçirəcək
05:00 12-01-2022 381

Yaponiya millisinin keçmiş hücumçusu 54 yaşlı futbolçu Kadzuyosi Miura 2022-ci il mövsümünü ölkəsinin dördüncü liqa komandasında keçirəcək.
O, “Yokoham” klubundan “Sudzuka Poynt Qetters” klubuna keçib.
Onun transfer olunduğu klubun baş məşqçisi qardaşı Yasutosi Miuradır. 2022-ci il futbolçunun çıxış etdiyi sayca 37-ci mövsüm olacaq. O, bu müddətdə 15 klubda çıxış edib.
Qeyd edək ki, Kadzuyosi Miura dünyanın ən yaşlı futbolçusu hesab olunur.
Mənbə: Reuters