Pekində kiçik təyyarə, dron, deltaplan və hava şarlarının uçuşu qadağan edilib

08:00 12-01-2022 467

Pekin hakimiyyəti Qış Olimpiya Oyunları zamanı şəhərdə kiçik mühərrikli təyyarələrdən istifadəni qadağan edib.

Bu barədə Pekinin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Qadağa yanvarın 28-dən martın 13-dək - Paralimpiya yarışları bitənə qədər qüvvədə olacaq.

Ümumilikdə siyahıya 12 qadağan olunmuş obyekt, o cümlədən dronlar, hava şarları və deltplanlar daxildir. Qanunu pozanları cərimə gözləyir.

Qeyd edək ki, Pekin Olimpiya Oyunları fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək.

Mənbə: sports.ru