Lev Tolstoyun “bohem həyatı yaşayan” nəticəsi dünyasını dəyişib - FOTO

04:00 13-01-2022 118

Dünyaca tanınmış rusiyalı yazıçı Lev Tolstoyun nəticəsi Sergey Tolstoy ABŞ-nin Merilend ştatında dünyasını dəyişib.

99 yaşlı Sergeyin ölümünün səbəbi açıqlanmır, lakin onun ürəyində, eşitməsində və görməsində problemlər olduğu vurğulanıb.

Qeyd edək ki, Sergey Vera Tolstoyun yeganə oğlu idi. O, böyük yazıçının bir çox nəvələri kimi 1920-ci ildə Rusiyanı tərk edib.

Sergey Tolstoy həyatının çox hissəsini Avropada yaşayıb, rus dilindən də dərs deyib, bir müddət idxal-ixrac biznesi ilə məşğul olub.

İkinci Dünya müharibəsi zamanı isə o, ABŞ ordusu tərəfindən linqvistik biliklərinə əsaslanaraq SSRİ-yə qarşı kəşfiyyat işi aparmağa cəlb olunub. Bundan əlavə, o, “Ən uzun gün” (1962) filminin çəkilişlərində iştirak edib.

Sonradan ABŞ-yə köçüb və rus dili üzrə mütəxəssis kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.

Onun özündən sonra heç kəsi qalmayıb.

Sergey müsahibələrin birində deyib ki, o, bohem həyatı yaşayıb, istəyib, borc alıb və oğurlayıb.