Sabirabadda zəhərlənmiş 68 yaşlı qadın xəstəxanalıq oldu

20:00 13-01-2022 417

Sabirabadda 68 yaşlı qadın balıqdan zəhərlənib.

“Report” xəbər verir ki, hadisə şəhərin H. Aslanov küçəsi, ev 14-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Əzizova Qubaxanım Böyükağa qızının qəflətən halı pisləşib. O, dərhal Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının dediyinə görə, o, balıqdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.