MI5-dən Britaniya parlamentinə Çin cəsusu xəbərdarlığı

02:00 14-01-2022 399

Britaniyanın daxili işlər naziri Priti Patel bildirib ki, Çin Kommunist Partiyası adından siyasi fəallıqla məşğul olan “fərdi şəxs” Britaniya parlamentarilərinə təsir etməyə çalışır.

Ölkə mediası yazır ki, britaniyalı deputatlar MI5 əks-kəşfiyyat idarəsindən Çinin casusluğu ilə bağlı bildiriş alıblar. Məlumata görə, onlara Çin tərəfindən Britaniyada parlament demokratiyasına müdaxilə etməkdə şübhəli bilinən Kristin Li barədə xəbərdarlıq edilib.

Qeyd olunub ki, hazırki mərhələdə heç bir deputat hər hansı cinayət törətməkdə şübhəli bilinmir və MI5-in təhqiqatının diqqət mərkəzində Çin hakimiyyəti və onların Böyük Britaniyaya zərər vurmaq cəhdləridir.

Liyə gəlincə, o, həbs olunmayıb. Lakin təhlükəsizlik xidmətlərinin nəzarəti altındadır. Onun hələ də Böyük Britaniyada olduğu güman edilir və London, eləcə də Pekində ofisləri olan hüquq firmasını idarə etdiyi bildirilir.

Mənbə: “RİA Novosti”