Freddi Krügerin qurbanının evi üç milyon dollara satılıb - FOTO

06:00 15-01-2022 279

“Qatil Freddi Krüger” haqqında 1984-cü ildə çəkilən “Qaraağac küçəsində qarabasma” (“A Nightmare On Elm Street”) qorxu filmindəki evə yeni sahib çıxıb.

Los-Ancelesdə olan daşınmaz əmlak 2,98 milyon dollara (təxminən 5 milyon manata) satılıb.

Qeyd edfək ki, Ues Creyvenin çəkdiyi “Qaraağac küçəsində qarabasma”ya əsasən evdə filmin baş qəhrəman Nensi Tompson (Xezer Lenqenkemp) yaşayıb. Qatil Freddi Krüger qurbanının yuxularını məhz orada qatıb.

Satışdan əvvəl mülkün sahibi “Striptizçilər” (“Hustlers”) kriminal dramının rejissoru Loren Scafaria olub. Evin yeni sahibinin kimliyi məlum deyil.