Consonun ehtiraslı rəqsi qalmaqal yaratdı: Baş nazir üzr istədi – VİDEO

07:00 15-01-2022 16

Böyük Britaniyanın baş naziri Boris Consonun London Assambleyasının üzvü Janett Arnoldla rəqs görüntüləri ölkədə etirazına səbəb olub.

Yerli KİV-in məlumatına görə, Consonun diskoteka musiqisi sədaları altında rəqsi hələ 2013-cü ildə lentə alınıb. Lakin videoyazı bu yaxınlarda lokdaun zamanı hökumət başçısının Dauninq Stritdəki iqamətgahında keçirilən ziyafət gecəsilə bağlı qalmaqalın fonunda yenidən aktuallıq qazanıb.

Qeyd edək ki, həmin ziyafətlə bağlı artıq baş nazir Britaniya kraliçası II Yelizaveta və ölkə ictimaiyyətindən üzr istəyib.

Mənbə: “RİA Novosti”