İtaliyada insanlara saxta vaksin pasportu almağa yardım edən tibb bacısı saxlanılıb - VİDEO

05:00 16-01-2022 519

İtaliyada koronavirus əleyhinə vaksinin mayesini kənara axıdaraq insanların saxta COVID-19 pasportu almasına şərait yaradan tibb bacısı həbs edilib.

Müşahidə kamerasında onun xəstələrə iynə vururmuş kimi davrandığını görünsə də, aparılan araşdırma və kamera görüntüsü nəticəsində məlum olub ki, əslində tibb bacısı vaksinin mayesini tənzifə boşaldıb.

Eyni zamanda, o da məlum olub ki, həmkarları ona da məhz bu qaydada peyvənd “vurublar”.

Tibb işçisi saxlanılıb. O, işində yol verdiyi ciddi nöqsana və dövlət əmlakını mənimsəməyə görə qanun qarşısında cavab verməli olacaq.

Mənbə: Euronews