“Böyük Dəbilqə” turnirinin 18 dəfə qalibi olan keçmiş tenisçiyə ağır xəbər - FOTO

08:00 16-01-2022 508

“Böyük Dəbilqə”nin 18 turnirinin qalibi Kris Evert xərçəngdən əziyyət çəkir.

Bu barədə keçmiş tennisçi özünün “Twitter” hesabında məlumat verib.

“Mənə 1-ci mərhələdə yumurtalıq xərçəngi diaqnozu qoyulduğunu bildirmək istəyirəm. Həkimlərin bunu erkən mərhələdə aşkar etdiyi üçün çox şanslıyam və kimyaterapiyanın müsbət nəticələrinə ümid edirəm”, - deyə o, bildirib.

Evertin 67 yaşı var və peşəkar karyerasını 1989-cu ildə başa vurub. Amerikalı yeddi dəfə Fransa Açıq Çempionatının, iki dəfə Avstraliya Açıq Çempianatının, üç dəfə Uimbldon turnirinin və altı dəfə ABŞ Açıq turnirinin qalibi olub.

Mənbə: TASS