Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
16:00 16-01-2022 375

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Qaracəmirli kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 16 yaşlı N.Aslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisənin səbəbi araşdırılır.