Yaponiyalı gənc Qafqaz rəqslərini öyrənib əsl igid olmaq istəyir - VİDEO

02:00 17-01-2022 225

19 yaşlı yaponiyalı Qafqazın mədəniyyəti ilə maraqlanıb və igid olmaq qərarına gəlib.

Tayqa Nozaki məktəbdə bölgə tarixinə aşiq olub və qafqazlı atlıların videolarından həzz almağa başlayıb.

Hazırda o, videodərslər vasitəsilə ənənəvi Qafqaz rəqslərini öyrənməyə çalışır. Gənc artıq "Ləzginka" və "Xəncərlə rəqs"i mükəmməl mənimsəyib.

Bundan əlavə, kabardin mahnılarını öyrənir. Tayqa vətənində peşəkar ansambla qoşulub və indi Qafqaza səfər etmək, bu mədəniyyətin daşıyıcılarından dərs almaq arzusundadır.

Mənbə: lenta.ru