Bağçada azyaşlıya şiddət göstərən tərbiyəçi ilə bağlı yeni AÇIQLAMA
10:00 17-01-2022 401

“İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsi ilə əlaqədar toplanan ilkin materiallar rayon polis şöbəsinin istintaq bölməsinə verilib”.
Bunu HerGun.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.
O bildirib ki, tədqiqat bölməsində ilkin araşdırma aparılıb:
“Bağçada çalışanların və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır. Araşdırma davam etdirilir”.
Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova azyaşlı uşağa qarşı şiddət .
Z.Baxışova işdən çıxarılıb.
İlhamə Əbülfət