Qətərdə yanaşı xəstəliyi olmayan körpə koronavirusdan öldü

04:00 18-01-2022 172

Qətərdə körpə koronavirusdan vəfat edib.

Qətər Xalq Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, 33 həftəlik körpənin başqa məlum tibbi və ya irsi xəstəlikləri olmayıb.

Nazirlik COVID-19 epidemiyasının yeni dalğasında gənclərin yaşlılara nisbətən ciddi risk altında olduğunu vurğulayaraq, əvvəlki dalğalarla müqayisədə indiki dalğada daha çox uşağın yoluxduğunu və tibbi yardıma ehtiyacı olduğunu açıqlayıb.

Keçən il Qətərdə 11 yaşlı uşaq koronavirusdan həyatını itirdiyindən, sözügedən körpə ölkədə COVID-19-dan ölən ikinci uşaq olub.

Qətərdə epidemiya başlayandan indiyədək 299 242 nəfərdə koronavirus aşkarlanıb, 626 nəfər isə virusdan həyatını itirib.

Mənbə: CNN

Xəbər lenti