20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNAN UŞAQLAR ARASINDA ŞAHMAT YARIŞI

19 yanvar 2022-ci il tarixdə Beyləqan rayon Şahmat məktəbində Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib. Tədbirdə Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Misir Xudaverdiyev,məşqçi müəllimlər və şagirdlər iştirak etmişlər.
Əvvəlcə 1990-cı il 20 Yanvar faciəsi zamanı vətənimizin suverenliyi uğurunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Misir Xudaverdiyev çıxış edərək 20 Yanvar faciədən bəhs etdi. Ümummilli lider Heydər Əliyevin bu qanlı faciəyə verdiyi siyasi-hüquqi qiymətdən danışdı.
M.Xudaverdiyev bildirdi ki,yarışların keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi,məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların oyun təcrübələrinin artırılmasıdır.
Çıxışının sonunda M.Xudaverdiyev Beyləqanda idmana, idmançılara göstərdiyi diqqət və qayğıya görə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevə, idmanşılara yaradılan şəraitə görə Beyləqan rayon Olimpiya İdman Kompleksinin rəhbəri Vidadi Babanlıya idmançılar və öz adından minnətdarlığını bildirdi. 20 Yanvar faciəsi zamanı canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət dilədi.Daha sonra şahmatçılara uğurlar arzuladı.
Məşqçi müəllim İlkin Əhmədov şahmat məktəbinin uğurlarından danışaraq bildirdi ki,2021-ci il 17-23 dekabr tarixdə ”Təhsil” Respublika İdman Mərkəzinin Respublika birinciliyində Abbasov Emin Əbülfəz oğlu 8 yaşadək oğlanlar arasında və Abbassoy Cavad Elçin oğlu 6 yaşadək oğlanlar arasında Avropaya vəsiqə qazanıb. Hər iki şahmatçımıza uğurlar arzulayıram.
Sonra yarışlara start verildi.