20 Yanvar faciəsinin 32-ci ildönümünə
həsr olunmuş sərbəst güləş üzrə yarışı keçirilmişdir

19 yanvar 2022-ci il tarixdə Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə Xocavənd rayon açıq birinciliyi keçirilmişdir.Yarışda Xocavənd, Beyləqan, Füzuli rayonlarının komandaları iştirak etmişlər.
Əvvəlcə 20 Yanvar və Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yarışda çıxış edən Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Qoşqar Əliyev çıxış edərək 1990-cı il 20 Yanvar faciəsindən danışdı. 20 yanvar faciəsinə ilk dəfə olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin hüquqi-siyasi qiymət verməsindən söz açdı.Müstəqilliyimizin başlanğcına gedən yolda şəhid olan soydaşlarımızın xatirəsinə keçirilən yarışda hər bir komandaya uğurlar arzuladı. Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət dilədi.
Qoşqar Əliyev Xocavənd idmanına göstərdiyi diqqət və qayğıya görə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova idmançılar və öz adından minnətdarlığını bildirdi.
Açılış mərasimindən sonra yarışa start verildi. Beyləqan, Füzuli və Xocavənd rayon idman məktəblərinin pəhəlvanları yarışlara qatıldılar. Xocavənd komandası I yer, Beyləqan güləşçiləri II yer, Füzuli pəhləvanları isə III yerə layiq görülmüşlər.Bu qələbənin qazanılmasında məşqçi müəllimlərdən Əliyev Elgiz, Nəsirov Hikmət, Hüseynov Nofəl və Əzizov Rafiq müəllimlərin böyük zəhməti olmuşdur.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri Xocavənd rayon Uşaq Gənclər İdman Mıktəbinin diplomları ilə mükafatlandırıldı.