“Max Group” Tədris Mərkəzi – “Gələcəyinizin qayğısına qalırıq”

14:00 02-02-2022 809

“Gələcəyinizin qayğısına qalırıq” şüarı altında göstərdiyi keyfiyyətli xidmət sayəsində insanların etibarını qısa vaxt ərzində qazanmışdır.

Hal-hazırda “Max Group” Tədris Mərkəzində yararlana biləcəyiniz xidmətlər sırasında xarici dil kursları, xarici universitetlərə qəbul, dövlət qulluğuna hazırlıq kursları, peşəkar hazırlıq kursları, kompüter kursları vardır.

Bütün yaş qrupları üçün nəzərdə tutulan xarici dil kurslarında ingilis, rus, ukrayın, alman, fransız, ispan, italyan, ərəb, çin və digər bir çox dillər əsasən danışıq və dinləmənin inkişafına yönəlik metod olan Berlitz metodu əsasında öyrədilir. Dərslərə mütəmadi qoşulan tələbə qısa vaxt ərzində istədiyi nəticəyə nail olur. Peşəkar müəllimlər sayəsində dərs iştirakçısının evdə tapşırıq etməsinə ehtiyac belə yoxdur.

Əsasən gənclərin maraq göstərdiyi xaricdə təhsil üçün isə “Max Group“da ölkə seçimi də müxtəlifdir. Qonşumuz olan Türkiyə, Rusiya, Ukrayna, Gürcüstanla yanaşı bir sıra Avropa ölkələrinə də qəbul həyata keçirilir.

Bunlardan Almaniya, İtaliya, Polşa, Litva, Latviya, Estoniya, Macarıstan, Fransa, İspaniya və digər ölkələri sadalamaq olar.

Siz xarici ölkələrin təqaüd proqramlarından da yararlana bilirsiniz. Bu mövzuda da Max Group-a heç tərəddüd etmədən etibar edə bilərsiniz.

Dövlət qurumlarında çalışmaq arzusunda olan şəxslərin də yolu “Max Group”dan keçir. Çünki siz burada dövlət qulluğu hazırlığı kurslarından da yararlana bilərsiniz. Siz qanunvericiliklə yanaşı bir çox digər sahələrdə öz işinin əhli dövlət qulluqçularından bir çox bilgilərə həm nəzəri, həm də praktiki olaraq sahib olacaqsınız.

Əgər siz müəyyən iş sahəsində öz biliklərinizi inkişaf etdirmək və gələcək karyeranızda inamla addımlamaq istəyirsinizsə sizə Max Group-un peşəkar hazırlıq kurslarını tövsiyyə edirik.

İnsan resursları, SMM – Sosial Media İdarəçiliyi, Marketinq, İdarəçilik, Proqramlaşdırma və bir çox digər təlimlərdən yararlana bilərsiniz.

Kopmpüter biliklərinizi inkişaf etdirmək istəyirsinizsə 2 aylıq xüsusi təlim proqramında iştirak etməklə bu istəyinizi də reallaşdıra bilərsiniz.

Bütün kursların və təlimlərin sonunda siz sertifikatla təltif olunursunuz.

                

Bütün suallarınızla aşağıda göstərilən əlaqə vasitələri ilə Max Group-a müraciət edə bilərsiniz.

Ünvan: Rəşid Behbudov küç. 26 (28 May m/st., Mərkəzi Bankın yaxınlığı)

Telefonlar:  012 493 02 06;

                   051 633 51 61

Istagram: https://www.instagram.com/maxgroup_educenter/
Facebook: https://www.facebook.com/MaxGroupEducationCenter/