Göyçayda anım mərasimi keçirildi

23:27 28-03-2022 702

27 Mart  2022-ci il tarixdə Göyçay rayonunda fəaliyyət göstərən “Aysel ” şadlıq sarayında Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin  Göyçay rayon şöbəsinin  dəstəyi ilə birinci Qarabağ qəhrəmanı, şəhid  Vilayət Rüstəmovun  şəhadətə yüksəlməsinin 29-cu ildönümü ilə bağlı  anım mərasimi keçirildi. Tədbirdə Kəlbəcər və Göyçay rayon İcra Hakimiyyəti aparatının  məsul işçiləri, YAP Göyçay və Kəlbəcər rayon təşkilatlarının  sədləri, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, AVMVİB-nin humanitar məsələlər üzrə  səlahiyyətli nümayəndəsi cənab Müşviq Əliyev, Cəmiyyətin Beyləqan rayon Şöbəsinin sədiri,AJB-nin üzvü,“Quruluş” qəzetinin redaktoru  Sabit Vaqifoğlu, Kəlbəcər rayon  İcra hakimiyyəti aparatı nümayəndəsi vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  müdüri Tural Oruczadə, Vətən müharibəsi qəhrəmanı XTQ-nin briqada komandiri polkovnik leytenant Anar Əliyevin atası Vaqif Əliyev,Ucar rayon regional Təhsil  Şöbəsinin rəisi Natiq Misirov, Azərbaycan Bayrağı ordenli şəhidimiz  Kərim Əliyevin atası Birinci Qarabağ müharibəsinin qazisi Məhəmmədəli Əliyev, Vətən müharibəsi qaziləri və Şəhid Ailələri İctimai Birliyin sədri Oktay Mirəlizadə, müavini Süleyman Cəfərov, qazi kəşfiyatçı kapitan  Elman Allahverdiyev, Birinci  və İkinci Qarabaö  müharibəsinin  iştirakçısı kapitan  Bayram Vəliyev, XTQ-in polkovniki Vüsal Bayramov, gizir Elbrus  Abbaszadə, gizir  Vahab Nemətov , Göyçay rayonunda fəaliyyət göstərən idarə müəssisə rəhbərləri, AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu, şair Etibar Süleymanlı, Beyləqandan gələn qonaqlardan  Vaqif Mehdizadə, Vətən müharibəsi qazisi Əmrah Əliyevin atası Natiq Əliyev,Şəhid anaları, ataları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin  nümayəndələri , mətbuat işçiləri iştirak etmişlər.

   Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra  Birinci Qarabağ və 27 sentyabr  2020-ci il Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

   Çıxış edən natiqlər Birinci Qarabağ müharibəsi və 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsindən  danışmışlar. Çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsindən danışmışlar.

    44 gün davam edən döyüşlərdə  şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin.

   Tədbirin sonunda  Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay       rayon Şöbəsinin sədiri  Eldəniz Rüstəmov çıxış edərək ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Elman İsrafiloğlu