Şəhid ailələrini ziyarət

21:48 01-04-2022 1382

    Yeni  Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, YAP Beyləqan rayon təşkilatının əməkdaşları vəBirinci Şahsevənkənd Ərazi Partiya Təşkilatının sədri Seymur HacıyevVətən Müharibəsi zamanı Füzuli rayonu istiqamətində şəhid olmuş qəhrəmanımızHüseynov Rahib İlham oğlunundoğum günündə Şəhidin ailəsini ziyarət etdilər.Ailənin qayğıları ilə maraqlanan Yeni  Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirdi ki, şəhidlərimiz Vətən qarşısında misilsiz xidmətlər göstərmişdir. Düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək tutulduğu göz qabağındadır.

       Hüseynov Rahib İlhamoğlu -2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynov Rahib İlhamoğluoktyabrın 29-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Rayonunun Birinci Şahsevən kəndində Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "İgidliyə görə"  medalları ilə təltif olunmuşdur.

 Yeni  Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı.