31 mart Azərbaycanlıların soyqırımı günüdür

Beyləqan rayonu 8 saylı tam orta məktəbdə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə Soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.
Tədbirdə məktəbin direktoru İkrəm Cəlilov çıxış edərək 1918-cil mart ayının 31-də ermənilər tərəfindən törədilən soyqrımdan danışdı. Bildirdi ki,1918-ci il mart ayının sonları, aprel ayının əvvəllərində ermənilər Bakı və ətraf bölgələrdə, Şamaxıda, Qubada,Xaçmaz, Qarabağ,Hacıqabul,Lənkəranda, Naxçıvanda, Zəngəzurda, İrəvan quberniyasında və digər ərazilərdə kütləvi şəkildə Azərbaycanlılara qarşı soyqrımı törətmişlər. Dinc insanları vəhşicəsinə qətlə yetirmişlər.
İ.Cəlilov çıxışında qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqrımı günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Bu qanlı faciədən neçə illər ötməsinə baxmayaraq xalqımız hər il bu faciəni xatırlayır. Bu soyqırımla əlaqədar müxtəlif tədbirlər keçirir.
Məktəbin tarix müəllimi Səma Əliyeva, direktor müavini Sevda Quliyeva və başqaları çıxış edərək soyqrımı faciəsindən ətraflı və geniş bəhs etdilər.
Məktəbdə keçirilən tədbirdən sonra məktəbin pedaqoji kollektivi 31 mart Azərbaycanlıların soyqrımı ilə bağlı keçirilən ümumrayon tədbirinə qatılmışlar. Məktəbin müəllim və şagirdləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüş, soyqırım qurbanlarının xatirəsini yad edərək, Allahdan rəmət diləmişlər.