AĞLAMA ŞƏHİD ANASI

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq uğrunda candan keçməklə özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xöşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyrulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Şəhid qardaşlarımız da öz şücaəti ilə, vətənpərvərlikləri ilə Vətənimiz uğrunda, doğça Qarabağımız uğrunda gedən döyüşlərdə rəşadətlə şəhid olaraq şəhidlik zirvəsinə ucalmışlar. Biz bütün qəhrəman qardaşlarımızla fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin və onların məkanları behişt olsun inşallah. Şəhidlərimizi həmişə anmaq, yada salmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə aşılamaq, çatdırmaq bizim mənəvi borcumuzdur. Bu an da şəhidlərimizə ithaf etdiyim şeri deməyi özümə borc bilirəm.
AĞLAMA ŞƏHİD ANASI
Param parça ürəyimi,
Dağlama, şəhid anası,
Şəhidlərim,ölməz axı,
Ağlama, şəhid anası,
Oğul deməz Vətən bizə,
Qurban olum o yol izə
Sipər olsun canım sizə,
Ağlama, şəhid anası,
Əsir düşmüş torpağım var,
Odu sönmüş ocağım var,
Qarabağım, göz dağım var,
Ağlama,çəhid anası,
Oğlun şəhid, qəhrəmandı,
Ruh yaşayır, ölən candı,
Millətim də ona yandı,
Ağlama, şəhid anası,
Ağlama, şəhid anası!!!!
Vüqar Ayaz oğlu Qasımov (Vüqar Beyləqani),
“Qızıl Qələm” media mükafatı laureatı