Elman İsrafiloğlu
VAR
20:45 23-04-2022 1723

Bir davakar uşaq kimi,
Özün öyən aşıq kimi,
Yuyulmamış qaşıq kimi,
Aralığa girənlər var.
Halal yola iz atmayan,
Arzularına çatmayan,
Halala əl uzatmayan,
Haram tikə yeyənlər var.
Haqq sözü heç vaxt deməyən,
Doğrunu, düzü görməyən,
Haqqın yoluna gəlməyən,
Gözlərini “döyən”lər var.
Üyüdülüb, hey ələnib,
Bu dünyaya səpələnib.
Mərd yanında qürrələnib,
Özlərini öyənlər var.
Halallıq vaqsa qanında,
İnsanlıq olar canında.
Böyük, kiçiyin yanında,
Öz yerini bilənlər var.
Mərd oğul yummaz əlini,
Ucaldar hər vaxt elini.
Qardaş kimi tikəsini,
İnsanlarla bölənlər var.
Çörək olmaz ocağında,
Unun yoxsa tabağında.
Elman, namərd qabağında
Çöküb, bşın əyənlər var.