İş adamı Emil Səməndərov: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır"

09:14 28-05-2022 553

“1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. İlk dəfə həmin vaxt üçrəngli bayrağımız, “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə səmalarda dalğalanıb. Xalq cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər görüb. Bunlardan ən vacib olanı isə Azərbaycanın müstəqilliyinin əsasının qoyulması olub". 

32gun.az xəbər verir ki, bunu tanınmış iş adamı Emil Səməndərov deyib. 

İş adamı qeyd edib ki, ilk Azərbaycan dövlətinin, hökumətinin təsisatları 1918-ci il 28 may tarixindən sonra sonra yaranıb: 

"Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Dövlət müstəqilliyinin bərpasından sonra isə Ümummilli Lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bütün sahələrdə əsl dönüş yaranıb. 

Elə 28 May tarixi 1990-cı ildən ötən ilə kimi ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər yaradıb. 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi, bu istiqamətdə çoxsaylı elmi tədqiqatlar aparıldı, tarixi əsərlər yazıldı. Həmin dövrdə 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam da imzalandı. 2007-ci il mayın 25-də isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir,şanlı tarix şərəflər davam etdirilir. 

Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müstəqilliyimiz qorunur və inkişaf edir.  Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən dövlətə çevrilib. 44 Günlük vətən müharibəsindən sonra qazanılan qələbə regionda yeni vəziyyət yaradır. 

Əminliklə vurğulaya bilərəm ki, bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək".