Qalmaqallı iş adamı insanları ölümlə və həbslə HƏDƏLƏYİR: Onların hüquqlarını tapdayır və QANUNLARA TABE OLMUR

18:59 20-07-2022 2565

Söhhət "Şərq Bazarı"nın keçmiş icarədan "Bala Heydər kimi tanınan Əliyev Heydər Həsən oğlundan gedir. Belə ki, Əliyev Heydər Həsən oğlu bəzi hakim dairələrdə çalışan bir qrup rəhbər şəxslərin nüfuzundan sui-istifadə edərək bir çox insanların əmək və konstitusiya hüquqlarını pozur, üstəlik də onları ölüm və həbslə hədələyir.

Bununla bağlı bir çox dəlillər mövcuddur.

Bala Heydər bu suallara cavab verə bilərmi?

1.Ötən əsrin 90-cı illərində O, “Naxçıvan türk" müştərək bankında əmanətlərini banka etibar edən yüzlərlə insanların, xüsusən də ahılyaşlıların pullarını mənimsəyərək Bakıya qaçmağını, ayrı-ayrı ünvanlarda gizlənməyini hansı zərurətlə izah edə bilər?

2.Həmin illər, yəni 90-cı illərdə "Qorqud" assosiasiyasının prezidenti kimi Ordubad ipək kombinatından götürdüyü 860 min Amerika dolları dəyərində xammalın pulunu nəyə görə bu günə qədər vermir?


3. Hansı səbəbdən Onu iki ay İranda zindanda saxlamışlar? .


4. “Bizim yol” qəzetinin əməkdaşı Hicran xanım Həmidova 2014-cü ilin avqust ayında Bala Heydərdən müsahibə götürmüş “Naxçıvan Türk” Bankının müşahidə şurasının sədri, türk vətəndaşı İbrahim aydını hansı səbəbdən öldürdüyünü və bankın pullarını ələ keçirib, Bakıya qaçdığını soruşduqda Bala Heydər qəzetin əməkdaşlarının gözü önündə dizlərini yerə qoyub hönkürtü ilə ağlayaraq yalvarmağa başlayıb ki, xahiş edirəm bunu yazmayın. 

Onun bu yalvarışı öz cinayətini səmimi etiraf etməsinin bariz nümunəsi deyilmi?  “Bizim yol” qəzeti 19 avqust 2014-cü il “Məşhur bizneslərdən 16 il sonra qalmaqallı etiraf” məqaləsi.


5. Heydər, hansı nüfuzlu rəhbərin adından istifadə edib kabinetinə 4 nömrəli hökumət telefonu çəkdirib?


6. Heydərin, yiizlərlə qanunazidd, kriminal əməlləri onu tamyanlara məlumdur və bu barədə hüquq mühafızə orqanlarında kifayət qədər faktlar, materiallar olduğu halda nəyə görə onun çirkin əməllərinə hüquqi qiymət verilmir?

Suallar çoxdur, lakin cavab yoxdur.

Təbii ki, o, verilən sualları cavablandıra bilməyəcək, susacaq, boğazı quruyacaq, belə olan halda icazə verin, suallara biz aydınlıq gətirək: Verdiyimiz sualda qeyd etdiyimiz kimi Sovetlərin süqutu illərində onun “Naxçıvan Türk" müştərək bankında məsul vəzifə tutmasından, yüzlərlə naxçıvanlıların əmanətlərini mənimsəyib, Bakıya qaçmağından, həmçinin Bankın müşahidə şurasının sədri türk vətəndaşı İbrahim Aydanın bu günə qədər sirli qalan, hamıya bəlli olan ölümündən mətbuatda çox bəhs edilib.

Ona görə də bu müəmmaya hələlik toxunmaq istəmirik və güman edirik ki, son və həlledici söz Hüquq Mühafizə Orqanlarının olacaq. Çalışacağıq ki, Heydər barədə daha ciddi faktlara müraciət edək! Ən əvvəl oxucuya qısa məlumat verək ki, Əliyev Heydər Həsən oğlu əslən naxçıvanlıdır, 1948-ci ildə Naxçıvan şəhərində anadan olub.

Nə az, nə çox düz 7 dəfə Həcc ziyarətində olub (çox gülməlidir) 74 yaşlı 7 qat Hacı Heydər hər gün geydiyi libasın rənginə ahənginə uyğun saçına kraskalar yaxır (qırmızı, yaşıl, sarı və ya kül rəngi) və bununla qürrələnir, bunu özünə geyim mədəniyyəti hesab edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, o, 16-17 yaşlı yeniyetmə uşaqların geyindikləri futbolka deyilən köynək geyinməyi də özünə rəva bilir, bununla da fəxr edir, qocalığını gizlətməyə, özünü müasirləşdirməyə çalışsa da burnunu əməliyyat etdirsə də çirkin, qanunazidd əməllərini sığortalaya bilmir.

Bala Heydər ləqəbli Əliyev Heydər ötən əsrin 90-cı illərində Naxçıvanda "Qorqud" Assosiasiyası təsis etmişdi. Həmin vaxtlar o, Ordubad İpək kombinatından 860 min Amerika dolları dəyərində götürdüyü xammalın pulunu ləngidir, kombinatın direktoru rəhmətlik Miryusif Seyidova mənəvi işgəncələr verir, onu saatlarla qapılarda saxlayır və ya direktor problemlə əlaqədar Heydərlə görüşməyə gələndə Heydər gah pəncərədən qaçır, ya da otaqlarda gizlənərmiş.

Bu konfliktə hələ o vaxtlar Muxtar Respublikaya rəhbərlik edən Vilayət Partiya Komitəsi də müdaxilə etmişdi lakin heç bir səmərəsi olmamışdı. Son nəticədə kombinatının direktoru, çox nəcabətli, zadəgan xislətli Miryusif Seyidov bu haqsızlığa dözə bilməmiş dünyasını dəyişmişdir.

Başqa misal: Əliyev Heydər bir vaxtlar iş adamı, Abdalova Ülviyyə İlyas qızı ilə bir müddət əməkdaşlıq etmiş, hiylə yolu ilə onun bütün varidatını ələ keçirmiş, bununla kifayətlənməyərək xanımın əri Muradı da həbs etdirmişdir.

Heydərin kim, hansı əməl sahibi olmasını təsdiq etmək üçün digər dəhşətli faktı vurğulamaq yerinə düşər:

Hacı Heydərin təsis etdiyi "Atlas" klinikasında rentgenoloq işləyən Vəliyeva İradə Şamxal qızını dələduzluq ittihamı ilə tutdurması onun kim olduğunun bariz nümunəsidir.

Belə demək mümkündürsə ən böyük faciə öz adını başqalarına qoymaq və xalqın nifrətini qazanmaqdır. Neçə illər "Atlas" klinikasında Heydərlə çiyin-çiyinə işləmiş lakin adının çəkilməsini istəməyən mənbə bildirir ki, günlərin birində Heydərin otağında bəzi məsələləri müzakirə edirdik.

Bu zaman Heydərin kredit borcu olan bankların birindən zəng edib, Heydəri soruşdular və məndən xahiş elədilər ki, "Heydərə çatdırın ki, kredit borcunu qaytarsın ".

Mənbə vurğulayır ki, mən zəng edənin xahişini olduğu kimi Heydərə dedim.

Heydər məndən xahiş elədi ki, get öz otağında onunla danış, ona de ki, Heydər xəstə yoldaşını İrana aparıb, yoldaşı İranda dünyasını dəyişib, başı qarışıb bu işlərə gələr, zəng edər.

Buyurun, bax Heydər, belə adamdır, Mənbə daha sonra sözünə davam edərək bildirdi ki, ümumiyyətlə Heydərin fəaliyyətində qanun pozuntuları istənilən qədərdir. O, vergidən yayınmaq məqsədilə yüzlərlə işçini hesabatlarında 22-23 nəfər göstərir. Bu barədə keçmiş Vergilər Naziri Fazil Məmmədova bir neçə dəfə rəsmi müraciətlər göndərilib, lakin heç bir tədbir görülməyib.

Ümid etmək mümkündür ki, yeni islahatçı nazir Mikayıl Cabbarov öz qətiyyətini göstərəcək, ədalət şər üzərində zəfər çalacaq!

Mətbuat vasitəsi olaraq Heydər ətrafında apardığımız araşdırmalar, müşahidələr göstərir ki, Heydər çox istedadlı adamdır. Allah Taala heç kimdə olmayan nadir istedadı ona həxş edib. Şərləməyi, böhtan atmağı, qarayaxmağı, həbslə, ölümlə hədələməyi, öz mənafeyi naminə sənəd saxtalaşdırmağı hələ üstəlik üzə dirənməyi, lazım gələndə dizlərini yerə qoyub hönkürtü ıtə ağlamağı da!

Bir sözlə, Bala Heydər Azərbaycanın xalq artistidir. Adının çəkilməsini istəməyən başqa bir mənbə bildirir ki, istər Sovetlər dövründə, istərsə də Sovetlərdən sonrakı illərdə Naxçıvan rəhbərliyinə kimisə işindən uzaqlaşdırmaq və ya ləkələmək lazım gələndə Heydərin üzədirənmək istedadından istifadə edilirmiş.

Naxçıvan MR-in keçmiş baş naziri Becan Fərzəliyevi buna nümunə göstərmək kifayətdir. Deyilənləri minlərlə naxçıvanlılar hələ də xatırlayırlar. İndi isə Əliyev Heydər Həsən oğlu ilə işləyən onun şərinə, böhtanına, ölüm və həbs hədələrinə məruz qalan habelə Heydər tərəfindən əmək və konstitusiya hüquqları pozulan yüzlərlə zərərçəkmişlərdən bir qrupunun siyahısını təqdim edirik:

Həsənova Rahilə Qazıxan qızı

"Atlas" klinikasında maliyyə direktoru işləyib. Səkkiz aylıq əmək haqqısını və Heydərə bir həftə müddətinə borc verdiyi 30 min Amerika dollarını ala bilməyib.

Hacımuradova Elvina Tofiq qızı

"Atlas" klinikasında kadrlar şöbəsinin müdiri işləyib. Heydər onun adına VTB Bankdan 20.000 manat kredit götürüb və sonradan onu işindən uzaqlaşdırıb. Elvina xanım neçə müddət məhkəmələrə ayaq döyüb.

Fərəcov Azər Tofıq oğlu


"Atlas" klinikasında USM həkimi işləyib. Azər doktor iş yerini başqa özəl klinikaya dəyişəndən sonra Heydər dərhal vəzifə saxtakarlığı edərək onunla imzalanmış birgə tibb müqaviləsində öz mənafeyi naminə saxtakarlıq etmiş onu ölümlə hədələməkdən də çəkinməmiş, məhkəməyə müraciət edərək ondan külli miqdarda təzminat tələb etmişdir. Son nəticədə özü ifşa olmuşdur.

Eynalov Cəbrayıl Əmirulla oğlu

"Atlas" klinikasında USM həkimi işləyib. Heydərdən yığılıb qalmış 8500 manat əmək haqqısını ala bilməyib. Halal pulunu tələb etdikdə isə Heydər tərəfindən ölümlə hədələnib, iş yerini dəyişmək məcburiyyətində qalıb.

Məhərrəmov Nahid

"Atlas" klinikasında terapevt işləyib. Yığılıb qalmış xeyli miqdarda əmək haqqısını Heydərdən ala bilməyib, iş yerini dəyişib.

Bağırova Yaqut

"Atlas" klinikasında kompüter tomoqrafiyası üzrə savadlı, sanballı mütəxəssis Bala Heydərin təqiblərinə dözə bilməyərək iş yerini dəyişmişdir.

Ələkbərov Elşən Etibar oğlu


"Atlas" klinikasında kadrlar şöbəsinin müdiri işləyib. Heydərin USM həkimləri işləmiş Azər Fərəcovun və Cəbrayıl Eynalovun tibb müqavilələrini ondan alıb saxtalaşdırmasına ciddi etiraz etdiyinə görə uzaqlaşdırumış, onun böhtantarına mərıız qalmış, Heydərin şəri, böhtanı onun ailəsini dağıtmışdır.

Haşiyə: Oxuculara məlum olduğu kimi 2017-ci ilin son aytarından başlayaraq neçə müddətdir nüfuzlu saytlar tərəfindən Əliyev Heydərin insanların başına gətirdiyi müsibətlərdən, Respublika qanunlarına tabe olmamasından, şərindən, böhtanından habelə "Şərq Bazarı"nı və "Şərq Oteli'ni 50 il müddətinə icarəyə götürməsindən və ötən 20 il ərzində bütün müvafiq orqanları aldadaraq bir qəpik də olsun icarə haqqı verməməsindən silsilə yazılar dərc edilməkdədir.

Mətbuat vasitəsi olaraq yenidən mövzuya qayıdır və geniş oxucu kütləsini məlumatlandırmaq istəyirik ki, sözün həqiqi mənasında Əliyev Heydər 1997-ci ilin noyabr ayında adıçəkilən nəhəng obyektləri 50 il müddətinə icarəyə götürmüş, bütün hesabatlarında 40 ilin icarə haqqını əvvəlcədən ödəməsini iddia etsə də əsl həqiqətdə 20 il ərzində heç bir ödəniş etməmişdir. Bu səbəbdən də "Şərq Bazarı" ondan alınaraq özgə bir şəxsə icarəyə verilmişdir. Lakin Əmlak Məsələləri Bövlət Komitəsi üzərinə düşən vəzifəni birtərəfli yerinə yetirmiş. 20 illik icarə haqqının ondan alınmasına laqeyd yanaşmışdır.

Əlavə edək ki, Əliyev Heydər özbaşınalıq edərək bazarın 2 kümbəzini ona məxsus "Atlas" klinikasına birləşdirmiş və bazar ondan təhfil alınanda iki kümbəz unudularaq Bala Heydərin istifadəsində qalmışdır.

Məsələ burasındadır ki, Heydəri tanıyanları həmçinin onu sifətindən tanımayıb əməlləri barədə mətbuatdan məlumat alanları bir sual dərindən düşünməyə vadar edir ki, görəsən, əxlaqsızlıq yuvası kimi tanınan "Şərq Oteli" (indiki "Qorqud") və "Atlas" klinikasının yerləşdiyi bina ondan nə vaxt alınacaq? Və Heydərin ödəmədiyi 20 illik icarə haqqının aqibəti necə olacaq? İqtisadiyyat nazirliyi bununla bağlı məhkəməyə müraciət edəcəkmi?

"Atlas" klinikasından söz düşmüşkən əlavə edək ki, klinika qeyri standart binada, bazar kümbəzlərində fəaliyyət göstərir burada baş alıb gedən özbaşınalıqlar, digər kilinikalardan fərqli fantastik qiymətlər, yanlış diaqnozlar və müayinələr bəllidir. "Atlas" klinikası yeganə Səhiyyə müəssisəsidir ki, burada bütün tibb avadanlıqları öz istismar müddətini çoxdan başa vurmuş sınıq-salxaq vəziyyətə düşmüşdür, laboratoriya isə klinikada ümumiyyətlə yoxdur.

Bunlarla bağlı Respublika Səhiyyə Nazirliyində tutarlı faktlar da var. Amma tədbir görülməməsi təəccüb təsiri bəxş edir və bir çox qaranlıq müəmmalara və Heydərin indiki nazir haqqında lazım olan yerlərdə dediklərinə inam yaradır.
Heydərin heç bir hüquq normalarına və normativ aktlara sığmayan əməllərini göz önünə gətirib bir şeyə ürəkdən heyfsilənirik ki, bu insan qoca vaxtlarında qəsdən adam öldürmə və dələduzluq ittihamları ilə həbs olunacaq!

Bəli, bu gözləniləndir. Metostaz verən xərçəng kəsilib atılmalıdır! Onun həbsi baş tutarsa ən çox ziyan çəkən Heydərin milyonlarla kredit götürüb qaytarmadığı beynəlxalq bank, BTB Bank və "Azəriqaz" Bank olacaq!

Yaranmış şəraitdən istifadə edərək Respublikanın Baş Prokuroru Cənab Kamran Əliyevə müraciət edir və Bala Heydərin qanunazidd əməllərinin araşdırılmasına göstəriş verməsini xahiş edirik.

Dərc edilən yazı ilə bağlı Bala Heydərin də mövqeyini işıqlandırmağa hazırıq.

Ruslan Əhmədov