Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

23:55 08-10-2022 557

   Məlum olduğu kimi, Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımzda daş üstə daş qalmayıb. Ermənilər bu dağıntıları ilə faşistlərdən də qəddar olduqlarını nümayiş etdiriblər. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın təcavüzünün nəticələrini görür. Erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, işğaldan azad edilmiş ərazilərimizə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Bütün bu vəhşiliklər beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu və işğalçını öz adı ilə çağırmaqda özündə cəsarət tapa bilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Halbuki, Minsk qrupu münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Əslində isə, ötən illər ərzində Minsk qrupu işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub.

     Hazırda, Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra, yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Bütün azad olunmuş ərazilərimiz dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. Ermənilərin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz indi tikinti meydanını xatırladır,ən ucqar ərazilərdə belə müasir həyat standartları yaradılır. Artıq, dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli, nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir, tarixi, mədəni, dini irsimiz bərpa olunur, "ağıllı kənd" layihəsi həyata keçirilir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsi gələcəkdə sənaye mərkəzinə çevriləcək. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir. Bu gün Vətən müharibəsində şanlı Orduzun işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi çox sevindirir. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə, bu doğma diyara qaytarmaqdır. Tarixi Qələbənin qazanılmasından qısa müddət keçməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər dünya ictimaiyyətini heyrətləndirib.  Artıq, Qarabağda yenidənqurma, tikinti-quruculuq işlərinin geniş vüsət alıb. Hazırda, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması, eləcə də, Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimiz üçün prioritetdir. Məcburi köçkünlər üçün yeni ev və mənzillər inşa olunmuşdur. Artıq, Böyük Qayıdış proqramı başlayıb.

    Azərbaycan erməni vandallarının yer üzündən sildiyi 9 şəhər və yüzlərlə kəndi öz maliyyə resursları hesabına, dünyanın müasir standartlarına uyğun bərpa edir. Ölkə Prezidenti, cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, praqmatik siyasəti sayəsində işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli mühit öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan fədakar və məğrur insanların 30 illik həsrətinə son qoyur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz, buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər. Hazırda, məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. Xalqımız, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyir və görülən işlər nəticəsində tezliklə, həmin ərazilərin məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə edirlər.

         Azərbaycan dövləti post-münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi miqrasiya və qaç­qın problemləri ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəlikləri ədalətli və konstruk­tiv əməkdaşlıq ruhunda yerinə yetirmək üçün ciddi səylər göstərir, BMT QAK-la və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazır­dır. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq BMT QAK-ın dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin su­verenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirməyi planlaşdırır.

          Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.