Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq

20:34 18-10-2022 525

Bu gün, Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də, Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi sevindirici haldır. Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz ötən dövr ərzində münasibətlərimiz bu səviyyədə olmayıb. Artıq, qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasıüçün hər bir şərait var. Yaradılan dövlətlərarası şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. Biz, ortaq tarixi köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olmaqla, mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Həmçinin, iki dövlət arasında münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyur. Bu, əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olur. Ölkələr  arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verilir, gələcəkdə qarşılıqlı münasibətlərin strateji hədəflərini, fəaliyyət alqoritmini, eləcə də, istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Hal-hazırda dövlətlərarası münasibətlər  yüksək səviyyədə dəstəklənir. Biz daim müstəqillik, milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Türk dünyası yeni potensial əldə edilməsi gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Nəticələrə hədəflənmiş əməkdaşlıq   ölkələr  arasında nəzərdə tutulandan daha tez həyata keçir. Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən, nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə, mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik. Eləcə də, beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafını birgə səylərlə təmin edəcəyik. İmzalanmış sənədlər gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Məlum olduğu kimi, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bu gün, digər şəhərlərimizin də qardaşlaşmasını davam etdirmək haqqında fikirləşirik. O cümlədən, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri də, Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Hər iki dövlətin tarixi əməkdaşlığının dərinliyi, qarşılıqlı münasibətinin səmimiliyi, təbii ki, nəzərdə tutulan planların tez bir zamanda həyata keçiriləcəyinə əminlik yaradır...  

   Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.