Nəsibə Şəfiyeva
BU TALEDƏN GİLEYLİYƏM
09:00 20-10-2022 824

BU TALEDƏN GİLEYLİYƏM
Mən Səttaram,
həyatım dar.
Hər günüm dar,
hər gecəm dar.
Yataqdayam,
mən xəstəyəm.
Sanki axır nəfəsdəyəm.
Köməyimə gəlnim, sən,
Dar günümün dayağı sən.
Siyah telin daramadım,
mən qeydinə heç qalmadım...
Körpə teli daramadıq,
Şirinliyin biz duymadıq.
Bu talehdən gileyliyəm,
Deyim kimə,
gileyimi?
Yarı-yardan ayırmısan,
Yarımı ağlar qoymusan.
Dərd yoluma düzüldü
yar əlimdən üzüldü?
Mən üzdüm əllərimi,
Sən də üzdün Siyatel .