12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür

08 dekabr 2022-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin işçiləri, Beyləqan rayon Tarixdiyarşünaslıq muzeynin işçiləri, Beyləqan rayon Mədəniyyət evinin işçiləri, rayonun Niyazi adına musiqi məktəbinin işçiləri, şair və yazıçılar,Beyləqan şəhərində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və şagirdləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Hedər Əliyevin abidəsi önünə qərənfil dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.Sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etdirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayon Tarixdiyarşünaslıq muzeynin direktoru Mehriban İsgəndərova, Prezident təqaüdçüsü, AYB,AJB üzvü, Azərbaycan Türk Xalqları İctimai Birliyinin Beyləqan rayon təşkilatının regional sədri Elman İsrafiloğlu və başqaları çıxış edərək Azərbaycan dövlətinin çiçəklənməsində, qüdrətlənməsində ulu öndər Heydər Əliyevin mislsiz xidmətlərindən bəhs etdilər.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Silahlı Qüvvlərin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və qələbəmizlə başa çatan Vətən müharibəsində xalqın öz Rəhbərinə sadiq qaldığından danışdılar. Natiqlər qeyd etdilər ki, Beyləqanlılar həmişə olduğu kimi Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyir və daima Prezidentimizin yanındadır.Şair E.İsrafiloğlu xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Tanrı xilaskar yetirdi ölkəmə” şerini oxudu. Sonra ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirildı.