Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

14:22 24-01-2023 493

     Sirr deyil ki, Çin Xalq Respublikası ilə münasibətlər Azərbaycan Respublikası üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Dünyanın sürətlə böyüyən ölkəsi ilə münasibətlərin inkişaf etdirilməsi, bundan başqa, beynəlxalq təşkilatlarda nüfuzu getdikcə artan Çin Xalq Respublikası ilə əlaqələrin gücləndirilməsi Azərbaycan Respublikasının da xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir. Bir sözlə, hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur. Buna görə də, hər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin intensivliyi tərəflərin milli maraqlarına uyğun inkişaf edir. Təbii ki, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür. Ölkəmizlə siyasi dostluğa, iqtisadi əməkdaşlığa böyük önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Çin Xalq Respublikasıdır.

    Məlumdur ki, Çin Xalq Respublikası müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə, 2 aprel 1992-ci ildə qurulmuşdur. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də, çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq edirlər. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin Çinə uğurlu səfərindən sonra, iki ölkə arasında münasibətlər intensivləşmiş və əlaqələrin spektri genişlənmişdir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə səfər etmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. Həmin vaxtdan indiyə qədər dövlətlərarası əlaqələrimiz çox uğurla inkişaf edir. Bu gün, Azərbaycan və Çin dost ölkələrdir və hər iki ölkə arasında fəal siyasi təmaslar mövcuddur, bu əlaqələr davamlı olaraq həyata keçirilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Çinə rəsmi səfərləri də, ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq edir.

    Artıq, 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının biri-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Respublikası, Çin Xalq Respublikası ilə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olmuşdur. Ölkə Prezidenti, cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü ən böyük işlərdən biri də, Azərbaycanı tranzit-nəqliyyat və logistik bir mərkəzə çevirməkdir. Əlbəttə ki, bu məqsədə çatmaq üçün dünyanın ən mühüm beynəlxalq nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olan Çinlə əlaqələr ölkəmiz üçün çox vacibdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyir. Artıq, Orta Dəhlizlə bağlı nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Xəzər dənizində ən böyük ticarət limanlarından biri, məhz ölkəmizə məxsusdur. Yeni avtomobil yollarının, hava limanlarının inşası, dəmir yolu xətlərinin çəkilməsi, eləcə də, tranzit nəqliyyatın, beynəlxalq yükdaşımaların ölkəmizin ərazisində ən təhlükəsiz və yüksək səviyyədə təşkil olunması Azərbaycanı həm Şimal-Cənub, həm də, Şərq-Qərb marşurutunun ən qabaqcıl ölkələrindən birinə çevirmişdir. Çinlə əlaqələr Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır və hər iki dövlət arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi, rifahı naminə uğurla inkişaf edəcək, güclənəcəkdir...

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.