Cənub qonşumuzun  növbəti təxribatı

20:55 27-01-2023 300

      İran tarix boyu Azərbayacana qarşı xəyanətkar addımlar atıb. Onlar Azərbaycan adı ilə razılaşmaq istəmirlər, bunu özlərinə təhdid hesab edirlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı ikiüzlü mövqe tutdu. Ümumiyyətlə, İranı tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığı narahat edib. Cənub qonşumuz indi də ölkəmizə qarşı ikiüzlü siyasət yürüdür. Bir sözlə farslar heç vaxt Azərbaycan türklərinin hakimiyyətini qəbul edə bilməyiblər. Məhz buna görə müxtəlif təxribat kampaniyalarına əl atır, bizi hədələməyə çalışırlar. İrandakı səfirliyimizdə bu gün baş verən qanlı terror hadisəsi bir daha sübut edir ki, İran terrora dəstək verən ölkələrdən biridir. Biz İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyirik, amma buna ümidimiz azdır.

 Gündüz İsgəndərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi