Soyqırımı memorial kompleksi

14:06 29-03-2023 275

   2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardir və 5 hissədən ibarətdir. Kütləvi məzarlıq 2007-ci ilin aprel ayının 1-də ərazidə torpaq işləri görülərkən açılmışdır. Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlıgın 1918-ci ildə erməni quldur dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla baglı olduğu müəyyən edilmişdir. Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün məzarlıqda daha geniş şəkildə tədqiqat işləri aparılmasını məsləhət bilmişdir. 2007-ci ilin iyul ayından etibarən Qəhrəman Ağayevin başçılığı altında Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə, tədqiqat işləri başa çatdırılmışdir. Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən, ”Daşnaksutyun” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edirdi. Ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Beləliklə, 1918-ci il faciəli hadisələr bolşevik-daşnak tandemi tərəfindən həyata keçirilmişdir. 1918-ci il mart ayından başlayaraq müsəlman əhalisinin kütləvi qırğınlarını 70 % erməni əsgərlərindən ibarət olan, erməni zabitlərinin rəhbərlik etdiyi qoşunlar tərəfindən törədilmişdir. Azərbaycanda soyqırımı həyata keçirmiş erməni quldur dəstələrinin rəhbərləri və icraçılarının konkret adlarının, şəxsiyyətlərinin məlum olması bu faciənin guya “erməni qara camaatı” tərəfindən müxtəlif bəhanələrlə törədildiyi kimi istər o dövr erməni dairələrində, istərsə də, muasir dövrdə ermənilər tərəfindən yürüdülən uydurmaları təkzib edir.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.