Dövlət səfəri çərçivəsində imzalanmış sənəd

17:57 13-04-2023 217

   Sirr deyil ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir zamanda başa düşülür ki, sabitik olmasa inkişaf mümkün deyil. Bu zaman nə tərəqqi olacaq, nə də rahatlıq. Bu gün, həm Tacikistan, həm də, Azərbaycan sabit dövlətlərdir. Ölkələrimizin nümunəsi onu göstərir ki, ən aşağı inkişaf səviyyəsində olan cəmiyyətdə də, müdrik rəhbərlik nəticəsində uğur qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş Sovet Respublikaları arasında müstəqillik yollarına ən pis və ağır şəraitində qədəm qoyublar. Qazanılan uğurlarda isə, məhz böyük liderlərin əməyi durur. Onlar risqə gedərək dinc və uğurlu inkişaf naminə əllərindən gələni ediblər. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb və dostluq edib. Təsadüfi deyil ki, hər iki ölkə bir birinin mədəniyyətini yüksək qiymətləndirirlər. Cari il aprel ayının 5-də Azərbaycan Respublikasının  Prezidenti, cənab İlham Əliyevin Tacikistan Respublikasında dövlət səfərində olub. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Düşənbə şəhərində Azərbaycan və Tacikistan Prezidentləri həm təkbətək, həm də, geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün, məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Azərbaycan Respublikasının Prezident, cənab İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də, siyasətimizin çox yaddaqalan mərhələsi sayılmalıdır. Xüsusən, son dövrlər İranın mədəni irsimizlə, bu çərçivədə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı ilə bağlı saxtakar iddiaları fonunda elam-ari, aysor-suryani qarışığı İrandan fərqli olaraq zəngin fars ədəbi-mədəni irsinin əsl sahibləri olan tacik toplumundan Azərbaycanın haqq mövqeyinə dəstək Tehrana gözləmədiyi yerdən zərbə oldu. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycanın böyük oğlu Nizami Gəncəvini "xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin" kökündə dayanan amillərdən olduğunu bəyan etməsi, hər bir tacikin evində Nizamiyə bəslənən dərin hörmətdən bəhs olunması indiki həssas məqamda Azərbaycanın haqqa əsaslanan mövqeyinə ciddi siyasi dəstək oldu. Azərbaycan Respublikasının Prezident, cənab İlham Əliyevin isə, "dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış, orada dünyasını dəyişmiş" Nizamiyə farsdilli Tacikistanda ehtiram bəslənməsindən razılığını ifadə etməsi 30 il Qarabağ və Şərqi Zəngəzuru talan etdiyi kimi mədəni nümunələrimizi də oğurlamağa çalışan irs oğrusu İranın çirkin iddialarına son nöqtəni qoydu.

   Bu görüşdə, həmçinin, ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdilib. Ölkələr arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəlinib. Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində daha ətraflı müzakirə aparılıb. Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu vurğulanılıb.Tacikistan və Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcəyi, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağı qərarıma gəlmişdir. Göründüyü kimi hər iki dövlət arasında keçən bu görüş çox məhsuldar olmuş, xalqlar arasında uzun müddət qarşılıqlı dostluq və anlaşmaya səbəb olacaq.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.