“Narkomaniya və həyat” adlı  maarifləndirici  tədbir keçirilib

22:46 07-06-2023 132

     “Narkotik vasitələrin, psixitrop  maddələrin və  onların  prekursorlarının  qanunsuz dövriyyəsinə   və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün  Dövlət Proqramı” nın   4.4.32  bəndinin icrası ilə  bağlı  30  may  2023-cü il  tarixdə Kürdəmir Regional  Mədəniyyət İdarəsinin  tabeliyində fəaliyyət göstərən Beyləqan Tarix Diyarşünaslıq muzeyində Beyləqn rayon Peşə məktəbinin  və muzeyin  birgə təşkilatçılığı  ilə  “Narkomaniya və həyat” adlı  maarifləndirici  tədbir keçirilib.

     Tədbirdə Beyləqan rayon Şəfəq qəsəbəsi  Cərcis Peyğəmbər  məscidinin    axundu, Peşə  məktəbinin   müəllim və şagirdləri iştirak edib.

    Çıxışlarda bildirildi ki,  müasir dövrümüzün  ağrılı  və acnacaqlı  bəlalarından  biri  də  narkomaniyadır.  El arasında  “ağ ölüm”  kimi  tanınan  bu bəşəri  bəlaya  düçar  olanların sayı isə  ildən-ilə artmaqdadır.