Ay işığına gedən yol

14:28 23-07-2023 900

      Yağışın yağmağı  məni çox düşündürür. Yağan yağış təbiətə can verir, susuz çöllərdə bitən  otlar, güllər-çiçəklər dirçəlir, inkişaf edir. Uca Tanrının  bizə göylərdən göndərdiyi  bu nur  təbiətdə canlanma yaradır...

       Bir də var insan ömrünə  yaş yağışı yağa.  Təbiətdə  baş verən yağışın yağması nəticəsində  islanmaqdan qaçıb gizlənmək olar. Amma  ömrümüzə yağan  zaman adlı yağışdan  heç kim qaçıb gizlənə bilmir...

     Bax beləcə zamnın, vaxtın yağışında islana-islana  ömrümüzü yaşayırıq. Yaşayırıq ki, vətənimizə, elimizə-obamıza  xeyir verək, insanlara az da olsa  kömək edə bilək.  Vətənə  xidmət etmək, vətənpərvər olmaq  yaşadığımız az ömürdə  həmişə  bizlərə  şöhrət, ucalıq gətirir.  Bu günlərdə  vətənpərvər bir  şair dostum haqqında   Sabit Mehdiyevin “Ünvanı vətən şair”  adlı kitabı işıq üzü gördü.  Vaxtın-zamanın  yağışında  60 il  ömür sürən  şair dostum  Elman İsrafiloğlu haqqında   yazılan kitabda  mənim də ürək sözlərimə yer ayrılıb. Vaxtın yağışına düşənlər   bu yağışdan qaça bilmirlər, istəsələr də, istəməsələrdə.  Amma Elman İsrafiloğlunun söz yağışına düşənlər bu sözlərin təsirindən  ondan ayrılmaq istəməyirlər.  Ötən illər ərzində  torpaqlarımız   havadarlarının köməkliyi ilə  mənfur ermənilər tərəfindən işğal olundu. Qərbi Azərbaycandan didərgin olduq, Qarabağ və ətraf rayonlar işğal olundu. Otuz ilə yaxın üzümüz gülmədi, ürəyimiz qan ağladı. Və nəhayət ....

      27  sentyabr 2020-ci il Azərbaycan tarixinə  qızıl həriflərl yazıldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin   rəhbərliyi ilə müzəffər ordumuz  mənfur  erməni işğalçılarını  torpaqlarımızdan iti qovan kimi qovaraq ata-baba  yurdlarımızı  işğaldan azar etdi. Bu şanlı qələbəmizə ən çox sevinənlərdə biri də qələm dostum, şair Elman İsrafiloğludur. “Ali Baş Komandan, Zəfər Bizimdir” şeirində zəfər sevinci ilə  yazır:

 

İgid oğulların şücaətilə,

Mərdlik, qoçaqlığı, cəsarətilə,

Qələbə sədası yayıldı elə,

Ali Baş Komandan, zəfər bizimdir!

 

   Rəşadətli ordumuzun  gücü qarşısında  tab gətirə bilməyən  düşmən ordusunu  44  gün ərzində  darmadağın edən  Azərbaycan Prezidentinə, Azərbaycan ordusuna  eşq olsun! Nəhayət ki, mənfur düşmən Azərbaycan ordusunun gücünü gördü, Ordumuzun qarşısında diz çökdü.

 

Xalqımın gözündə Siz ucaldınız

Şəhid qisasların ər tək aldınız.

Düşmənə inamla zəfər çaldınız,

Ali Baş Komandan, zəfər bizimdir!

 

Qələbə sevincin bölür Sizinlə ,

Bu zəfər günündə  xalq gülər üzlə.

Fəxr edir xalqımız qələbəmizlə,

Ali Baş Komandan, zəfər bizimdir!

 

     Həmin  günləri  xalqımızın  ümid yeri  Silahlı Qüvvələrin Ali Baş Komandanı və  şanlı Azərbaycan Ordusu  oldu. Xalqımız Prezidentimizə və Ordumuza güvəndi. 

      Prezident İlham Əliyevin söylədiyi,-“Qarabağ Aəzərbaycandır!”  sözü  xalqın dilində şüara çevirildi. Uşaqdan böyüyə  hər birimiz bu sözü söylədik.- “Qarabağ Aəzərbaycandır!” 

 

Fərəhlə döyünür ürək,

Hamımız birgə söyləyək,

Prezidentin dediyi tək:

-Qarabağ Azərbaycandır!

 

Qüvvəsini haqdan alan,

Haqq səsi göyə ucalan,

Hər qarışı cənnət olan,

Qarabağ Azərbaycandır!

 

      Dəmir yumuruq kimi birləşdik, bir olduq. Bu dəmir yumuruqla düşməni əzdik, məhv etdik, şəhirlərimizin qisasını artıqlaması ilə aldıq. Bu döyüşlərdə Türkiyə  və Pakistan  xalqımıza dəstək oldu.  Bildirdilər ki, hər  zaman Azərbaycanın yanındayıq.

    10 dekabr 2020-ci il tarixdə möhtəşəm ZƏFƏR bayramını qeyd etdik. “Zəfərin mübarək Azərbaycanım!” şerində  zəfər günü sevincini  xalqımızla bölərək  şair Elman İsrafiloğlu  yazır:

 

Sevindi otuz il həsrət çəkənlər,

Sevindi kədərin qəlbə bükənlər.

Sevindi illərlə göz yaş tökənlər,

Zəfərin mübarək Azərbaycanım!

 

Bu günü illərlə biz gözləmişik,

Dəmir yumruq kimi möhkəmlənmişik.

Düşməni yurdumdan təmizləmişik,

Zəfərin mübarək Azərbaycanım!

 

     44 gün davam edən Vətən müharibəsində şəhidlərimiz və qazilərimiz də oldu. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Elman İsrafiloğlu  şəhid ailələrində olur, onların qarşılaşdıqları  çətinliklərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyir.Qədim  Beyləqan torpağı   44 gün davam edən vətən müharibəsində 140 şəhid verib. Bu igid, qəhrəman oğulların sayəsində  ata-baba torpaqlarımız azad olundu. “Şəhidlər” şeirində  yazır:

 

Yazıldı tarixə igid adınız,

Haqqın dərgahına siz ucaldınız.

Bayrağa bürünüb Vətən oldunuz,

Əbədi yaddaşda qalan şəhidlər

Azərbaycan boyda olan şəhidlər!

 

     Şair  qəhrəman oğulları doğan, böyüdən  anaları da  qəhrəman adlandırır.Deyir ki, Birinci vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva şəhid anaları ilə görüşündə  onları qəhrəman ana adlandırıb. Bu sözlərdən sonra “ Qəhrəman anasan, şəhid anası!”  şerini ərsəyə gətirib.

 

Başını uca tut,qururla dayan ,

Bir oğul doğubsan, igid , qəhrəman.

Oğlunla fəxr edir, can Azərbaycan!

Ucadan ucasan, şəhid anası,

Qəhrəman anasan, şəhid anası!

 

Sənin tək ananı Tanrı qorusun,

Oğul böyüdübsən  eli qorusun.

Vətənləşdi oğlun, Vətən sağ olsun!

Ucadan ucasan, şəhid anası,

Qəhrəman anasan, şəhid anası!

 

 ...Gün o gün olsun ki, Elman müəllimin ata-baba torpaqları da-Qərbi Azərbaycan da  işğaldan azad olunsun, inşəallah.İyirmi birinci əsirin əvvəllərində Zəngəzur dəhlizinin açılması tarixi bir hadisə, reallıqdır. Allah ömür versə Elman müəllim, ata-baba torpaqlarına da  səninlə birgə gedərik, inşəallah.

Şairlər onda güclü əsərlər yaradırlar ki, dünyamızda baş verən  hadisələri qələmə almağı bacarır və onu  dünya ictimaiyyətinə  çatdırırlar. Elman İsrafiloğlu da belə şairlərdəndir.  06 fefral 2023-cü il tarixdə qardaş Türkiyədə baş vermiş zəlzələyə biganə qala bilməyən şair  “Başın sağ olsun, canm Türkiyəm” şerini ərsəyə gətirdi. Bu şeri rəhbərlik etdiyim “Müstəqil Respublika” qəzetində dərc edərək  ictimaiyyətə çatdırmışıq.Bu şeiri   həyəcansız oxumamaq  mümkün  deyil.Elman müəllim bu şerini qardaş Türkiyənin on vilayətində  zəlzələ (deprem)  zamanı  dünyasını dəyişən ata-analarımza, qardaş bacılarımıza, doğmalarımıza  həsr edib. Uca Allah  bizi bir daha belə   sınağa çəkməsin, inşəallah. Deprem zamanı dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaralılara  şəfa versin:

Kahramanmaraşın üstün dərd aldı,

Bir anın içində zaman dayandı.

Neçə  ata-ana övladsız  qaldı,

Bu  deprem son olsun, canım Türkiyəm

Başın sağ olsun, canm Türkiyəm.

   Bu zəlzələnin törətdiyi fəsadları görən şair  Türk dünyasının birliyini görür, Türkün dözümlüyünü görür. Azərbaycanın hər zaman  qardaş Türküyənin yanında olmasını vurğulayır.  Türkün bu ağır sınaqdan da   mətinliklə çıxdığını görür və yazır.

Türkün Türklüyünü mən gördüm  burda,

Türkün birliyini mən gördüm burda,

Səbr, dözümlüyünü  mən gördüm burda

Bu  deprem son olsun, canım Türkiyəm

Başın sağ olsun, canm Türkiyəm.

 

Depremdən  çıxana sən arxa oldun,

Hər kəsi köksünə  sıxıb  qorudun.

Ən ağır gündə də, qürurlu durdun

Bu  deprem son olsun, canım Türkiyəm

Başın sağ olsun, canm Türkiyəm.

 

      Elman İsrafiloğlu  poeziyasında ana mövzusu  xüsusi yer turur. Ana sevgisiylə yaşayan  şair anasının dünyadan  köçməsi haqqda yazdığı şeirlər  çox təsirlidir və körəkdir. Övlad üçün ana  həmişə uca bir varlıqdır. Bu varlıq qarşısında həmişə  borcluyuq. “Dağıldı ömrümün sarayı,ana”  şerində  ana, müqəddəsliyindən, ana sevgisindən ana arzu-diləyindən söz açır.Anların necə  bir geniş qəlbə malik olduğunu vurğulayır.Axı, analar övlaları üçün  dünyada  ən yaxşı nə varsa onlara arzulayır, hətta canlarını belə əsirgəməyirlər.

 

İndi göz yaşımda boğuluram mən,

Sən məni göz yaşlı qoymazdın, ana.

Bizi çox sevərdin, özündən də çox

Baxıb  boyumuzdan doymazdın, ana,

Bizi dərd çəkməyə qoymazdın, ana.

 

         Elman İsrafiloğlu ilə hələ  doxsanıncı illərin əvvəllərindən dostluq edirik və bu dostluğumuz bu gün də davam edir. Onun rəhbərlik etdiyi təsisçisi və baş redaktoru olduğu  “Quruluş” qəzetində və təsisçisi və baş redktoru olduğum “Müstəqil Respublika ” qəzetlərində  dəfələrlə şeirlərimiz, publisistik yazılarımız dərc olunub.  Bu yazıların içərisində  ən çox  bəyənilən yazılarımız arasında deyişmələrimiz  hər ikimizə  böyük  uğur  gətirib.  Bu  şeirlərdən “Səni gözləyə-gözləyə”, “Hara gedir belə gözəl,görəsən”, Küsmüşəm özümdən”, Deyişmə”, ”Açılıb”, “Şair nədən nigaransan” , “Səni sevə bilmədim” və sair  Elman müəllimlə deyişmələrimiz  olub  ki, oxucular tərəfindən sevilə-sevilə oxunur.

     Elman İsrafiloğlu həm də məhəbbət şairidir desəm yanılmaram. Onun  bu mövzuda qələmə aldığı  şeirləri həyəcansı oxumaq mümkün deyil.  “Bu sevginin rəngi nədi” şeiri  bu mənada  çox diqqət çəkir:

 

Bir sevginin həsrətindən,

Əriyir hey baxışlarım.

Kipriklərim dar ağacı,

Asılıbdır göz yaşlarım.

 

 Gözlərimə gedən yoldan,

Gör nə qədər illər keçib.

Bu vaxt, zaman asılmaqçün,

Dar ağacı məni seçib.

 

Və ya  başqa bir şeirində   “Bir payız tökülər sənin səsinə”

 

Bir çiçək gülüşü  sınar çöllərdə,

Ömür yarpaq-yarpaq, solar əllərdə.

Gənclik  əl eyləyər axan sellərdə

Yarpaqlar bürünər öz nəğməsinə,

Bir payız tökülər sənin səsinə.

 

      Elman İsrafiloğlu  şeirləri oxuyan sözün sehrinə düşür və bu aləmdən ayrıla bilməyir.  “Axtarıram” , “Var”, “Qalmaz”, “Etüd”, “Danışar”, “Gəlmə”, “Payız küləyi” , “Göz yaşının rəsmi” , “Yaxşıdı” , “Bax” və sair şeirləri bu qəlibdəndir.

 Kitabda diqqəti çəkən məqamlardan biri də  dostlarına  yazdığı ünvanlı şeirlər və aforizimlərdir.

     Şair qardaşım sənə  həyatda  ən gözəl nemət olan cansağlığı arulayıram. Qələmin iti və kəsərli olsun  yeni-yeni kitabların işıq üzü görsün. Digər kitablrın kimi “ Ay işığına gedən yol”  kitabın da sevilə-sevilə  oxucular tərəfindən rəğbətlə qarşılanacaq , inşəallah.

Gülxas Səmədli,

AYB,AJB-niin üzvü,  “Müstəqil Respublik ” qəzetini  təsisçisi və baş redaktoru, çoxsaylı media mükafatı laureantı., “Sözlü Sehrli Dünya” antalogiyasının redaktorudur.

PS!  Məqalə "Müstəqil Respublika" qəzetində dərc olunub.