Elman İsrafiloğlu

Poeziya -2024

15:21 25-02-2024 341

GƏL

 

Bir zaman  yadına  düşəndə  sənin,

Yanıma şaxtadan üşüyəndə gəl,

Səni sevdiyimi bilmək istəsən ,

Qəlbindəki buzlar  əriyəndə  gəl.

 

Günlər  əvəz edər biri-birini,

Gözü yaşlı qoyar  sevgi qəlbini.

Sıxanda tənhalıq, ayrılıq  səni,

Həsrət  qəlb qapını, hey döyəndə gəl.

 

Əynindən çıxarıb qaranlıqları,

Yandırarsan qəlbdə sən çıraqları.

Qovarsan qəlbindən sən qınaqları,

Baharı mənim tək,gözləyəndə gəl.

 

Nə vaxtdan  üzülüb əlim, əlindən,

Üzücü sözləri sil, at qəlbidən.

Qısqanclıq  köynəyin çıxart əynindən,

Sabahlar  günəşi səsləyəndə gəl.

 

Mənim ad günümdə yandırarsan şam,

Çoxdandı mən sənsiz, tənha qalmışam.

Yadına düşəcəm bir qərib axşam,

Ay Elman, qəddini dərd əyəndə gəl.

 

 

HARADAN YADINA , DÜŞDÜM, MƏN SƏNİN

 

Sanırdım  səninçün unudulmuşam,

Kimsəsizlər kimi,  mən atılmşam.

Çəkilib dünyada tənha qalmışam,

Haradan yadına , düşdüm, mən sənin?

 

Bu eşqin yolları dumandır, çəndir,

Arzu, istəklərim pərən-pərəndir.

Yadına düşmüşəm  hardan, nədəndir?

Haradan yadına , düşdüm, mən sənin?

 

Ömrümdən ələnir vəfasız illər,

Daha nəğmə demir  əsən küləklər .

Yoluna açılmır, açılmır əllər,

Haradan yadına düşdüm mən sənin?

 

Solubdur bağçada  ətirli güllər,

Şirin xatirəyə, dönüb o ,günlər

Silinib sahildən ləpirlər, izlər,

Haradan yadına düşdüm mən sənin?

 

Küsübdür  baxışlar, küsübdü yollar,

Tab gətirmir daha, həsrətə qollar.

Tikiş də  tutmayır   qəlbdə arzular,

Haradan yadına düşdüm mən sənin?

 

Yağır yavaş –yavaş  narın yağışlar,

Səni soruşurlar dostlar, tanışlar.

Qəlbimdən sökülüb incə naxışlar.

Haradan yadına düşdüm mən sənin?

 

Sənsiz acı  həyat yaşamışam mən,

Sənsizlik yükünü daşımışam mən.

Daha sənsizliyə alışmışam mən,

Haradan yadına düşdüm mən sənin?

 

Deyirlər küsənlər bir də  barışmaz,

Səndən xoş bir xəbər gətirdi bu yaz .

Ayın işığına sığındım  bir az,

Haradan yadına , düşdüm, mən sənin?

 

 

 

BİZ TEZ QOCQALIRIQ,YA VAXT TEZ  GEDİR

 

Vaxtın sahilində durdum, dyandım,

Soyuq sənsizliyi mən qucaqladım.

Vaxtın  günlərini  hey varaqladım.

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Bir anın içində, bir sutka  keçər,

Şirin xatirələr qəlbimdən köçər.

Zaman öz rəngini ömrümə çəkər,

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Çəksək də  günləri, ayları  geri,

Qaytara bilmərik ötən günləri.

O ötən günlərin  görünər  yeri,

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Zamanın içində  biz qoşalaşdıq,

Qəlbimiz sevmədi, vaxtla  dalaşdıq?

Dünən uşaq idik, nə tez yaşlaşdıq?

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Bu  dünya zamana ,vaxta  bürünər

Sənin də, mənim də ömrümdən keçər,

Səni də məni də vaxt hədəf  seçər.

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Ömrümüz qısalır, vaxta əsiirik,

Harasa qaçırıq, hey tələsirik?

Vaxtın süzgəcində biz ələnirik,

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

Hara axıb gedir, bu vaxt, bu zaman?

Saxlaya bilmirik onu bircə an.

Şirin yuxudayıq, oyan, ay Elman,

Biz tez qocalırıq,ya vaxt tez gedir?!

 

 

MƏN SƏNİN ÜZÜNDƏ  GÜLÜŞ GÖRƏNDƏ

 

Bu bahar hər tərəf gül-çiçək olar,

Sevincdən gözlərim  yaşarar, dolar.

Təbiət bir sevgi nəğməsi çalar,

Mən sənin üzündə  gülüş görəndə.

 

Şadlanar  ürəyim, sevinər qəlbim,

Axar çaya dönər şirin sözlərim,

Açılar yoluna sevgim, əllərim,

Mən sənin üzündə  gülüş görəndə

 

Yayar öz ətrini  bağçaya  güllər,

Tanrıdan  güc alar sevən könüllər.

Sanaram dünyanı mənə veriblər,

Mən sənin üzündə  gülüş görəndə.

 

Sevincdən bir anda nitqim dayanar,

Alışar  ürəyim, günəş tək yanar.

Dünya gözlərimdə nura boyanar,

Mən sənin üzündə  gülüş görəndə.

 

Dalğalar sahildən səsini  yığar,

Bizi  ağuşuna  məhəbbət sıxar.

Kədəri, qüssəni sevgimiz  yıxar,

Mən sənin üzündə  gülüş görəndə.

 

Birgə qısılarıq aylı gecəyə,

Ötən günlər dönər xoş xatirəyə.

Sevincdən  əlimi açaram  göyə,

Mən sənin üzündə  gülüş görəndə.

 

Salxım söyüd eşqə   başını əyər.

İncə əllərinə əllərim dəyər.

Güllər sevgimizə  min alqış deyər,

Mən sənin üzündə  gülüş görəndə.

 

 

 

DÜNYANIN BƏXTƏVƏRİ

 

Mən bir kasıb oğlan, sən varlı qlzı,

Hər bir şey  ölçülür, pulla deyirsən.

Amma, bu həyatda  təmiz sevgini,

Heç zaman pul ilə ölçə bilməzsən.

 

Məni bu zamanın pəncəsi sıxar,

Sən isə zamanın pul hərisisən.

Gözəllik əbədi deyil, bilirsən,

Sanırsan dəryada su pərisisən.

 

Haram pullar üstə gəzdikcə əlin,

Sanıırsan dünyanın ən xoşbəxtisən.

Mən göz yaşlarından doğulan adam,

Sən isə dünyanın “bəxtəvərisən”.

 

Ürək paltar deyil ,ürək don deyil,

İstədiyin zamzn  sən geyinəsən.

Qəlbim sevgi yeri, oyuncaq deyil,

Əşya tək sevgimə dəyər  verəsən.

 

Abırı çəkmişəm baxışlarıma,

Sən isə bir saxta sevgi gəzirsən.

Payızda ağacdan qopan yarpaq tək,

Ayağın aitında  bir eşq  əzirsən.

 

Mən bir kasıb oğlan, sən varlı qlzı,

Mənim də qəlbim var, sübhə açılar.

Sənin öz yolun var,  mənim öz yolum.

Hər kəsin yoluna  tale iz salar

Kiminsə qəlbini qurdlar parçalar...

 

 

SƏNƏ GÖZ YAŞLARI YARAŞMIR , GÜLÜM.

 

Ulduzlar  gecələr göydə sayrışır,

Sevənlər, sevilir, küsür, barışır.

Xumar gözlərinə gülüş yaraşır,

Sənə göz yaşları yaraşmır , gülüm.

 

Sən gülsən sevinər, dolmaz gözün də,

Çiçək baxışların solmaz gözündə.

Ağlasan gülüşün  qalmaz gözündə

Sənə göz yaşları yaraşmır , gülüm.

 

Sevgi çığırları qalsın  üzündə,

Payızın şarkıısı vardır izində.

Sevginin  rəsmi var  xumar gözündə ,

Sənə göz yaşları yaraşmır , gülüm.

 

Zaman külək kimi əsir qəlbimdən,

Sənə olan sevgim tutur əlimdən.

Sevirəm, kəlməsi düşmür dilimdən,

Sənə göz yaşları yaraşmır , gülüm.

 

Sevgi dolu baxış  səpdim  gözünə,

Yığıldı sevincim, dərdim gözünə.

Gülüşün rəsmini çəkdim gözünə,

Sənə göz yaşları yaraşmır , gülüm.

 

Elmanam, göz yaşın silə bilmirəm,

Sənsiz şənlənmirəm, sənsiz gülmürəm,

Yalan danışmağı  öyrənənmirəm,

Sənə göz yaşları yaraşmır , gülüm.