Şəhid Şahin Vaqif oğlu Hüseynlinin  anadan olmasının  dördüncü ildönümü  qeyd olundu

22:41 07-05-2024 171

   04 may 2024-cü il tarixdə Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbdə  vətən mühribəsi şəhidi Şahin Vaqif oğlu Hüseynlinin  anadan olmasının  dördüncü ildönümü  qeyd olundu.

     Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti başçısınn  müavini Yeganə Məmmədova, Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Beyləqan rayon  şöbəsinin sədri  Rövşən Namazəliyev, qazi Orxan  Səfərov, AYB,AJB-nin  üzvü, “Quruluş ” qəzetinin təsisçisi və baş redaktoru , hergun.az saytının rəhbəri  Elman İsrafiloğlu, şəhid ailələri, Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin  müəllim və şagirdləri, AYB-nin üzvü Esmira Günəş, televiziya  işçiləri və qonaqlar iştirak etmişlər.

   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Torpaqlarımızın azadlığı uğurunda  həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

         Tədbiri Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyeva açıq elan etdi, qonaqları salamladı.  Çıxış etmək üçün Beyləqan rayon İcra Hakimiyyəti başçısınn  müavini Yeganə Məmmədovaya söz verdi.

     Yeganə Məmmədova şıxış edərək  44 günlük vətən müharibəsindən əhatəli və geniş danışdı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığından  bəhs etdi. Bildirdi ki, vətən müharibəsində   şəhid və qazilərimiz də olmuşdur. Allah  şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. 44 günlük Vətən müharibəsində Şəhid olan  qəhrəman döyüşçülərimizdən biri də şəhidi Şahin Vaqif oğlu Hüseynlidir. Bu gün biz Şahin  Hüseynlinin   döğum günü ilə bağlı buraya toplaşmışıq. Y.Məmmədova  döyüşlərin  qələbəmizlə başa çatmasından  söz açdı.

   Tədbirdə çıxış edən Elman İsrafiloğlu “Zəfərin mübarək Azərbaycanım ” şerini söylədi. Şəhidlərə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa dilədi.Çıxış edənlərdən Rövşən Namazəliyev, Heybət Əliyev, şəhid Şahin Hüseynlinin   ibtidai sinif müəllimi Nailə müəllim, riyaziyyat müəllimi Azad Quliyev çııxış etdilər. Çıxış edənlr şəhid Şahin Hüseynli haqqda xatirələrini  danışdılar.  Şəhidimizin əmisi şair-publisist Tahir Hüseyn Şahin Hüseynliyə həsr etdiyi  şeirini oxudu.

        Şəhid Hüseynli Şahin Vaqif oğlu, 04 may 1995-ci ildə Beyləqan şəhərində anadan olub.Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbi bitirib.2020-ci il sentyabr ayının  27-də Qarabağın düşmənlərdən azad edilməsi uğurunda gedən Vətən müharibəsində qəhrəmacasına həlak olub, şəhidlik zirvəsinə ucalıb.  Tankçı idi. Subay idi.

    Məktəbin  şagirdlərinin  hazırladıqları kompozisiya  nümayiş olundu. Sonra Məktəbin şagirdləri  şəhidimizə, şəhidlərə, vətənə həsr olunmuş şeirlər söylədilər. Şəhid anası Tərgül ana və şəhidimizin qardaşı Babək Hüseynli  tədbirin təşkil olunmasında zəhməti olanlara,Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyevaya  minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda Tərgül ana ilə və şəhid anaları ilə xatirə şəkilləri çəkdirildi.