İsveç kralı kiçik nəvələrini taxt tilulunun hüquqlarından məhrum etdi - FOTO

18:27 09-10-2019 660

73 yaşlı İsveç Kralı Karl XVI Qustav, ölkənin həyatında əhəmiyyətli dəyişikliklər olduğunu açıqlayıb. Yeni qaydalar birbaşa kral ailəsinin üzvlərinə və iş vəzifələrinə aiddir.

Belə ki, şahzadənin oğlu şahzadə Karl Filipp və onun kiçik qızı şahzadə Madlen, bu gündən etibarən İsveç kral evinin üzvləri deyillər, həmçinin onlar öz royal zadəganlıq titulunu itirirlər və İsveç taxtını tələb etmək hüququna sahib deyillər.

Bu gün isə İsveç Kral Sarayının rəsmi saytından Karl Filipp və Madlenin uşaqlarının tərcümeyi-halı silinib.

Bu o deməkdir ki, Karl Filipp və Şahzadə Madlenin övladları - üç yaşlı şahzadə Aleksandr, iki yaşlı şahzadə Qabriel, beş yaşlı şahzadə Leonora, dörd yaşlı şahzadə Nikolas və bir yaşlı şahzadə Adrien kral tərəfindən onlara əvvəllər verilmiş şahzadə, hersoq titullarını qorusalar da, heç bir kral vəzifəsi ilə yüklənməyəcəklər.

İsveç Kralı Karl XVI Qustav, həyat yoldaşı Kraliça Silvia, böyük qızı şahzadə Viktoriya və əri şahzadə Daniel “Kral Ziyarətçisi” statusunu qoruyacaq və İsveçin hakim nümayəndələri olaraq qalacaqlar. Eyni zamanda, Viktoria və Danielin övladları kral titullarından və vəzifələrindən məhrum edilmirlər.

Kralın oğlu şahzadə Karl Filipp, həyat yoldaşı şahzadə Sofiya, həmçinin kiçik bacısı şahzadə Madlen xeyriyyəçilik işlərini davam etdirəcək və əvvəllər əməkdaşlıq etdikləri təşkilatlar üçün çalışacaqlar. Kralın tələb etdiyi təqdirdə onlar rəsmi vəzifələri də yerinə yetirəcəklər.

İsveç kralı qərarının səbəbini izah etməkdən boyun qaçırıb. Qeyd edək ki, kralın kiçik qızı Madlen, hazırda ailəsi ilə Mayamidə yaşayır.

Rəşad Əliyev