Bakıda cinsi azlıq nümayəndələrini döydülər - Əxlaqsız təklifə “yox” deyiblər

00:36 29-06-2019 898

Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.

HerGun.Az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib. 

Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər. 

Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər.

Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub. 

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.

Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.

Faktla bağlı araşdırma aparılır.