Mehdiabadda “Nissan” 28 yaşlı gənci vurdu

05:54 10-10-2019 440

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Mehdiabad qəsəbəsində “Nissan” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Ələkbərov İntiqam Üzeyir oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu