“CinemaPlus”da “Annem” filminin nümayişinə başlanılıb - VİDEO

09:00 10-10-2019 717

Oktyabrın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Annem” filminin nümayişinə başlanılıb.

Türkiyə istehsalı olan “Annem” dramının rejissoru  Mustafa Kotandır. Baş rollarda  Özge Gürel, Sumru Yavrucuk, Fatma Toptaş və Sercan Badur çəkiliblər. 120 dəqiqəlik filmdə yaş həddi “14+”dür.

Film haqqında qısa məlumat: Nazlı anasından utanan və ondan tezliklə qurtulmaq istəyən gənc qızdır. Nazlının anası isə qızı üçün hər şeyi edə bilən fədakar qadındır. Universitetə qəbul olandan sonra doğulub böyüdüyü kənddən, qurtulmaq istədiyi anasından ayrılan Nazlı bir neçə il sonra onun yanına qayıtmağa qərar verir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.