“Səbət Gilas” filmi “CinemaPlus”da - VİDEO

10:45 10-10-2019 744

Oktyabrın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Səbət Gilas” filminin nümayişinə başlanılıb.

Azərbaycan istehsalı olan “Səbət Gilas” filminin rejissoru Emin Abışovdur. Baş rollarda İslam Mehrəliyev və Nofəl Şahlaroğlu oynayıblar. 80 dəqiqəlik filmdə yaş həddi “14+”dur.

Film haqqında qısa məlumat: Filmin baş qəhramanı həyatda bəxti gətirməyən bir gəncdir. Adının Xoşbəxt olmasına baxmayaraq, həyatda heç bəxti gətirmir. Düşdüyü vəziyyətlər onu gülməli durumlara salır.

Şanssızlıq ondan sevgidə də əl çəkmir. Sevgi münasibətində də uğurszuluqlarla rastlaşır. Heç zaman bəxti gətirməyən Xoşbəxtin bir gün şans üzünə gülür. Cibindəki axırıncı bir manatı yaşlı bir kişiyə verir. Elə bu vaxt imkanlı bir adamla tanış olan bu gəncin həyatı dəyişir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.