Sarımsağı bir saniyəyə təmizləməyin yolu - VİDEO

01:45 29-06-2019 1122

Baş aşpaz Qlen Pauell özünün “YouTube” kanalında sarımsağı asan və tez təmizləməyin yolunu göstərib.

“İzvestiya” xəbər verir ki, Q.Pauell bu mətbəx fəndini tətbiq etmək üçün çox çalışdığını deyib:

“Yadda saxlayın, əgər siz bacarıqlı deyilsinizsə və bıçaqlardan anlayışınız yoxdursa, fəndi təkrarlamayın”.

Q. Pauell sarımsağı təmizləyərkən çox iti və qısa mətbəx bıçağından istifadə edir. Aşpaz sarımsağın baş hissəsində bir neçə kəsik edir, sonra bıçağı sancaraq ideal şəkildə təmizlənmış sarımsaq dişciyini çıxarır”.